AZ

Şolts Putindən bunu TƏLƏB ETDİ

Almaniya kansleri Olaf Şolts sosial şəbəkədə videomüraciət yayımlayıb.

Oxu24.com xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putindən Ukraynanın diz çökməyəcəyini etiraf etməyi tələb edib.

Şolts X sosial şəbəkəsindəki müraciətində deyib:

“Ukrayna güclüdür və diz çökməyəcək, onu təslim olmağa məcbur etməyəcəklər, nəhayət, Ukrayna üçün yalnız ədalətli sülh mümkündür”.

Şolts qeyd edib ki, Ukraynanın müttəfiqləri ədalətli sülh üçün yorulmadan çalışırlar. Bir gün əvvəl Putin SPİEF-in plenar iclasında demişdi ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, ancaq Minskdə, sonra isə İstanbulda razılaşdırılmış şərtlərlə...

Mənbə: Vesti.ru

Yeganə

 

Seçilən
91
50
oxu24.com

10Mənbələr