AZ

Ceyhun Sultanov: “Meydanda rahat ola bilmirik”

“Yoxlama görüşü o demək deyil ki, biz məğlub olmalıyıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, yığmamızın Albaniyaya 1:3 hesabı ilə uduzduğu yoxlama oyununu şərh edib. Sultanovun sözlərinə görə, komandada nəyin necə getməsindən xəbərsizdir: “Biz meydanda rahat ola bilmirik. Nə zaman ki, özümüzə inam, keyfiyyət, rahatlıq olmayacaq, beynəlxalq arenada özümüzü göstərə bilməyəcəyik. Çünki Albaniya matçda topla rahat rəftar edirdi. Onlarda meydanda nəyi necə edəcəyini bilən futbolçuları var. Bizdə isə bu yoxdur. Topu alırıq, tələsə-tələsə nələrsə etməyə çalışırıq. Belə futbol olmur. Düşünürəm ki, bizə hələ çox zaman lazımdır. Zaman gəldikcə futbolçuları yetişdirmək lazımdır. İndiki durumda isə uduzacağıq və ortada heç nə olmayacaq, Avropa çempionatına da gedə bilməyəcəyik. Zaman lazımdır və bununla bağlı iş görülməlidir”.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu iyunun 11-də Qazaxıstana qarşı keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
idman.biz

2Mənbələr