AZ

Meydanda rahat ola bilmirik - Millinin sabiq futbolçusu

Bakı. Trend:

Yoxlama görüşü o demək deyil ki, biz məğlub olmalıyıq.

Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, yığmamızın Albaniyaya 1:3 hesabı ilə uduzduğu yoxlama oyununuşərh edib. Sultanovun sözlərinə görə, komandada nəyin necəgetməsindən xəbərsizdir: “Biz meydanda rahat ola bilmirik. Nə zamanki, özümüzə inam, keyfiyyət, rahatlıq olmayacaq, beynəlxalq arenadaözümüzü göstərə bilməyəcəyik. Çünki Albaniya matçda topla rahatrəftar edirdi. Onlarda meydanda nəyi necə edəcəyini bilənfutbolçuları var. Bizdə isə bu yoxdur. Topu alırıq, tələsə-tələsənələrsə etməyə çalışırıq. Belə futbol olmur. Düşünürəm ki, bizəhələ çox zaman lazımdır. Zaman gəldikcə futbolçuları yetişdirməklazımdır. İndiki durumda isə uduzacağıq və ortada heç nə olmayacaq,Avropa çempionatına da gedə bilməyəcəyik. Zaman lazımdır və bununlabağlı iş görülməlidir”.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu iyunun 11-dəQazaxıstana qarşı keçirəcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
az.trend.az

2Mənbələr