AZ

Paşinyan selin ziyan vurduğu ərazilərə getdi -VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan daşqın baş verən ərazilərə səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri özünün sosial media hesablarında paylaşım edib.

"Mən Alaverdu Sənaye Stansiyasında oldum, sakinlərlə söhbət etdim. Burada da daşqınların nəticələrinin aradan qaldırılması, infrastrukturun bərpası işləri davam etdirilir",-deyə Nikol Paşinyan bildirib.

Paşinyan daha sonra digər fəlakət zonasında, Lori bölgəsində də olub.

"M6 dövlətlərarası Vanadzor-Alaverdi yolunun 31-ci km-də “Tüfenkyan” mehmanxanasının yaxınlığında uçan yol doldurulub, istinad divarları vurulub, nəticədə nəqliyyatın hərəkəti bərpa edilib",-deyə Paşinyan qeyd edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
musavat.com

10Mənbələr