AZ

Bakı və Tbilisiyə qarşı İrəvan kartı: məqsəd nədir?

Bakı. Trend:

Postsovet məkanı ölkələrinin istisnasız olaraqhamısına təsir imkanlarına və təzyiq vasitələrinə yiyələnməyəçalışan Qərb artıq əvvəlki geosiyasi ssenarilərdən istifadəetmir.

Son illərdə az qala ideallaşdırılan "Qərb strategiyası" dəyişib.Hətat zəifləmə və geriləmə də müşahidə olunur.

Qərb 1990-cı illərin əvvəllərindəki liberal cəmiyyətlər toplusudeyil: həmin cəmiyyətlər və ölkələr inkişaflarının postliberaldövrünə qədəm qoyublar.

İndiki Qərbin sosial konstruksiyalarında, cəmiyyətlərdəkiyazılmamış qanunlarda və davranış modellərində bir çox elementlərbaşqa dövlətlərlə cəmiyyətlərə tamamilə yaddır.

İctimai quruluşun ideoloji elementlər məcmusunu inkişaf kimiqələmə verən Qərb əsas diqqəti resurs bazalarına, faydalı qazıntıvə enerjidaşıyıcalır ehtiyatlarına, ucuz işçi qüvvəsinə yiyələnməyibaşlıca hədəf sayır.

Bu səbəbdən də ispan konkistası, "Ost-İndiya" və "Vest-İndiya",müstəmləkə dönəmləri və dəniz marşrutları ilə dənizötəsi əraziləruğrunda müharibələrdən bəri çox az məqam dəyişib.

"Soyuq savaş" bitəndən sonra qlobal miqyasda bərqərar olmuşgeostrateji və geosiyasi mexanizmlərin dağıldığı, yenikonstruksiyaların və əlaqələrinsə çətinliklə qurulmağa başlandığıdövrdə Qərblə Şərq, "qızıl milyard"la "qlobal Cənub" arasındaqarşıdurma daha da sərtləşir.

Azərbaycan bu iki nəhəng düşərgənin toqquşduğu, üzləşdiyiarealdadır.

Qərb üçün ölkəmiz Şərqin qarşısındakı ilk Avropa ölkəsi, Şərqüçünsə Azərbaycan Qərbin sərhədindəki əsas forpostdur.

Belə şəraitdə nə etməliyik?

Amerikalı tarixçi Nil Ferqüsson 5 il əvvəl bəyan etmişdi ki,Qərb artıq demokatiya şəraitində yaşamır: "Başda Birləşmiş Ştatlarolaraq Qərbin inkişaf etmiqş bütün cəmiyyətlərini çoxluq yox,emosiyalar idarə edir. Qərbin siyasi elitalarında inti emosiyalarşüuru üstüləyib. Vəziyyət o həddə çatıb ki, siyasətçi nə qədər çoxemosionaldırsa, nə qədər tez qəzəblənirsə, cəmiyyətdə bir o qədərüstün nüəfuza malikdir".

Ferqüsson haqlıdır: son illərdə Qərb cəmiyyətlərində siyasi vəsosial qütbləşmə sürətlənib, xüsusilə də inkişaf etməkdə olandövlətlərlə bağlı davranış modellərində və siyasi strategiyalardasoyuqqanlılıqla rasionallıq kölgədə qalıb.

Bu isə artıq demokratiya yox, emokratiyadır.

Emokratiya - yekun mövqenin mənbəyinin dəyərlərin toplammüqdərixatının yox, bəlli emosiyanın olduğu demokratiyaillüziyasıdır.

Məhz emokratiya vasitəsilə kollektiv Qərb postsovet məkanıölkələrinin cəmiyyətlərinə təsir etməyə, hakimiyyətlərini kontrolaltına almağa çalışır.

ABŞ və Avropa İttifaqının aprelin 5-də Brüsseldə sammitkeçirərək Ermənistana bol vədlər verməsi, Avropa İttifaqınınMüşahidə-Monitorinq Missiyasının (EUMA) mənsublarının ErmənistanınAzərbaycanla şərti dövlət sərhədi boyunca dolaşıb ərazilərimizəbinoklla boylanmaları; hətta erməni qriqorian kilsəsinin Tavuşyeparxiyasının arxiyepiskopu Baqratın, yəni Vazgen Qalstanyanınİrəvan küçələrini dolaşaraq mitinqlər keçirməsi və yollarıbağlamağa çalışması da emokratiyanın primitiv nümunələridir.

Fəqət bu, ilk baxışdan görünə bildiyi kimi adi siyasi populizmelementi deyil.

Avstraliyalı siyasi analitik və nəzəriyyəçi Stiven Çavuranınfikrincə, emokratiya son onilliklər ərzində Qərbin siyasi vəhakimiyyət elitalarında yaşanan "incə, amma hədən artıq dərindəyişiklikdir".

Kollektiv Qərbin bölgəmizə, xüsusilə də Azərbaycanamünasibətində ifrat həddə çatdırılmış eqosenrtrizmlə narsissizmigörmək olar.

Sadə dillə yazsaq, Qərb hesab edir ki, o, istədiyi zamanistədiyini edə bilər, bütün dünya da ona borcludur.

Azərbaycana qarşı ən müxtəlif, absurd ittihamlar irəli sürənsiyasətçilər, dövlət mənsubları və beynəlxalq təşkilatlarınbəyanatları "mütərrəqqi liberalizm" kimi təqdim edilsə də, əslində"oyanmışlar"ın ("woke") tamahı və qərəzidir.

Cənubi Qafqazda dayanıqlı sülhün və qalıcı stabilliyin bərqərarolmasına, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişininimzalanmasına sözdə "dəstək" verib əməldə mane olan Qərbin və onundəstəkləyərək idarə etdiyi qüvvələrin məqsədi çoxdan məlumdur.

Qayə bəsitdir: problemlə bağlı patetik qayğının nümayişi pərdəsialtında merkantil maraqların təminatına can atmaq.

İnsafən, Cənubi Qafqazda maraqları olan bütün regional vəsubregional dövlətlər belə davranır. Yəni Rusiyanın və İranıntətbiq etdiyi modellər Qərbin strategiyasından heç nə iləfərqlənmir. Amma Moskva və Tehran Qərbdən fərqli olaraq, bölgəmizdəyeni qarşıdurma frontirləri və bölücü gizgilər yaratmır.

Cənubi Qafqazla bağlı strategiyasında aşkar manipulyativpraktikalardan istifadə edən ABŞ, Fransa və Avrrpa İttifaqı bölgədədaimi gərginlik yaratmağa can ataraq klassik «idarə olunan xaos»nəzəriyyəsini realllaşdırmaq fikrindədir.

Qarabağ münaqişəsininr birdəfəlik çözülməsi və Xankəndindəkiseparatçı rejimin tarixin zibilliyinə göndərilməsindən sonraAzərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar, ikiölkə arasındakı şərti dövlət sərhədinin delimitasiyası vədemarkasiyası prosesinə başlanması, yekun sülh sazişi ilə bağlıdanışıqlar prosesi, ən nəhayət regional nəqliyyat marşrutları vəloqistik kommunikasiyaların bərpası ilə bağlı müzakirələr Qərbinmaraqları kontekstində «narahatlıq səbəbləri» sayılır.

Bölgə dövlətlərini fasiləsiz asılılıqda saxlamaq, cəmiyyətlərəkənardan postlibertarian dəyərləri yeritmək, qeyri-hökuməttəşkilatları şəbəkəsi vasitəsilə hakimiyyəitlərə təsir etmək,vədlər və ultimatumlar ilə kökə və dəyənək taktikasını yürütməkbələd olduğumuz ssenarilərdir.

İndisə Vaşinqton, Paris və Brüssel triosunun davranışlarındafərqlər hiss olunur. Özü də həmin fərqlər zaman keçdikcə daha dagüclənir.

Vaşinqton bölgədə geosiyasi inhisarçı olmağa can ataraq,iqtisadi və sosial məsəllələr müstəvisində Brüsselin fəallığınaetiraz etmir.

Brüssel tam əksinə, məhz geosiyasi liderlik arzusunda olaraqVaşinqtonla Parisi üstələməyə can atır.

Azərbaycan və Gürcüstana təsir, imkan yarandığı təqdirdə isətəzyiq göstərmək üçün Ermənistandan əlverişli, rahat vasitəqismində istifadənin ehtiva olunduğu ssenarilər hələ ki, işləkdeyil,

Kollektiv Qərbi də bu narahat edir və emokratiyanın zəiftəsirlərinin artırılması yolları aranır.

Belə gedərsə, arayışlar intensiv olsa belə, nəticəverməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
5
az.trend.az

6Mənbələr