AZ

Bakı və Tbilisiyə qarşı İrəvan kartı: məqsəd nədir?

Postsovet məkanı ölkələrinin istisnasız olaraq hamısına təsir imkanlarına və təzyiq vasitələrinə yiyələnməyə çalışan Qərb artıq əvvəlki geosiyasi ssenarilərdən istifadə etmir.

Son illərdə az qala ideallaşdırılan "Qərb strategiyası" dəyişib. Hətat zəifləmə və geriləmə də müşahidə olunur.

Qərb 1990-cı illərin əvvəllərindəki liberal cəmiyyətlər toplusu deyil: həmin cəmiyyətlər və ölkələr inkişaflarının postliberal dövrünə qədəm qoyublar.

İndiki Qərbin sosial konstruksiyalarında, cəmiyyətlərdəki yazılmamış qanunlarda və davranış modellərində bir çox elementlər başqa dövlətlərlə cəmiyyətlərə tamamilə yaddır.

İctimai quruluşun ideoloji elementlər məcmusunu inkişaf kimi qələmə verən Qərb əsas diqqəti resurs bazalarına, faydalı qazıntı və enerjidaşıyıcalır ehtiyatlarına, ucuz işçi qüvvəsinə yiyələnməyi başlıca hədəf sayır.

Bu səbəbdən də ispan konkistası, "Ost-İndiya" və "Vest-İndiya", müstəmləkə dönəmləri və dəniz marşrutları ilə dənizötəsi ərazilər uğrunda müharibələrdən bəri çox az məqam dəyişib.

"Soyuq savaş" bitəndən sonra qlobal miqyasda bərqərar olmuş geostrateji və geosiyasi mexanizmlərin dağıldığı, yeni konstruksiyaların və əlaqələrinsə çətinliklə qurulmağa başlandığı dövrdə Qərblə Şərq, "qızıl milyard"la "qlobal Cənub" arasında qarşıdurma daha da sərtləşir.

Azərbaycan bu iki nəhəng düşərgənin toqquşduğu, üzləşdiyi arealdadır.

Qərb üçün ölkəmiz Şərqin qarşısındakı ilk Avropa ölkəsi, Şərq üçünsə Azərbaycan Qərbin sərhədindəki əsas forpostdur.

Belə şəraitdə nə etməliyik?

Amerikalı tarixçi Nil Ferqüsson 5 il əvvəl bəyan etmişdi ki, Qərb artıq demokatiya şəraitində yaşamır: "Başda Birləşmiş Ştatlar olaraq Qərbin inkişaf etmiqş bütün cəmiyyətlərini çoxluq yox, emosiyalar idarə edir. Qərbin siyasi elitalarında inti emosiyalar şüuru üstüləyib. Vəziyyət o həddə çatıb ki, siyasətçi nə qədər çox emosionaldırsa, nə qədər tez qəzəblənirsə, cəmiyyətdə bir o qədər üstün nüəfuza malikdir".

Ferqüsson haqlıdır: son illərdə Qərb cəmiyyətlərində siyasi və sosial qütbləşmə sürətlənib, xüsusilə də inkişaf etməkdə olan dövlətlərlə bağlı davranış modellərində və siyasi strategiyalarda soyuqqanlılıqla rasionallıq kölgədə qalıb.

Bu isə artıq demokratiya yox, emokratiyadır.

Emokratiya - yekun mövqenin mənbəyinin dəyərlərin toplam müqdərixatının yox, bəlli emosiyanın olduğu demokratiya illüziyasıdır.

Məhz emokratiya vasitəsilə kollektiv Qərb postsovet məkanı ölkələrinin cəmiyyətlərinə təsir etməyə, hakimiyyətlərini kontrol altına almağa çalışır.

ABŞ və Avropa İttifaqının aprelin 5-də Brüsseldə sammit keçirərək Ermənistana bol vədlər verməsi, Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyasının (EUMA) mənsublarının Ermənistanın Azərbaycanla şərti dövlət sərhədi boyunca dolaşıb ərazilərimizə binoklla boylanmaları; hətta erməni qriqorian kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqratın, yəni Vazgen Qalstanyanın İrəvan küçələrini dolaşaraq mitinqlər keçirməsi və yolları bağlamağa çalışması da emokratiyanın primitiv nümunələridir.

Fəqət bu, ilk baxışdan görünə bildiyi kimi adi siyasi populizm elementi deyil.

Avstraliyalı siyasi analitik və nəzəriyyəçi Stiven Çavuranın fikrincə, emokratiya son onilliklər ərzində Qərbin siyasi və hakimiyyət elitalarında yaşanan "incə, amma hədən artıq dərin dəyişiklikdir".

Kollektiv Qərbin bölgəmizə, xüsusilə də Azərbaycana münasibətində ifrat həddə çatdırılmış eqosenrtrizmlə narsissizmi görmək olar.

Sadə dillə yazsaq, Qərb hesab edir ki, o, istədiyi zaman istədiyini edə bilər, bütün dünya da ona borcludur.

Azərbaycana qarşı ən müxtəlif, absurd ittihamlar irəli sürən siyasətçilər, dövlət mənsubları və beynəlxalq təşkilatların bəyanatları "mütərrəqqi liberalizm" kimi təqdim edilsə də, əslində "oyanmışlar"ın ("woke") tamahı və qərəzidir.

Cənubi Qafqazda dayanıqlı sülhün və qalıcı stabilliyin bərqərar olmasına, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına sözdə "dəstək" verib əməldə mane olan Qərbin və onun dəstəkləyərək idarə etdiyi qüvvələrin məqsədi çoxdan məlumdur.

Qayə bəsitdir: problemlə bağlı patetik qayğının nümayişi pərdəsi altında merkantil maraqların təminatına can atmaq.

İnsafən, Cənubi Qafqazda maraqları olan bütün regional və subregional dövlətlər belə davranır. Yəni Rusiyanın və İranın tətbiq etdiyi modellər Qərbin strategiyasından heç nə ilə fərqlənmir. Amma Moskva və Tehran Qərbdən fərqli olaraq, bölgəmizdə yeni qarşıdurma frontirləri və bölücü gizgilər yaratmır.

Cənubi Qafqazla bağlı strategiyasında aşkar manipulyativ praktikalardan istifadə edən ABŞ, Fransa və Avrrpa İttifaqı bölgədə daimi gərginlik yaratmağa can ataraq klassik "idarə olunan xaos" nəzəriyyəsini realllaşdırmaq fikrindədir.

Qarabağ münaqişəsininr birdəfəlik çözülməsi və Xankəndindəki separatçı rejimin tarixin zibilliyinə göndərilməsindən sonra Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar, iki ölkə arasındakı şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlanması, yekun sülh sazişi ilə bağlı danışıqlar prosesi, ən nəhayət regional nəqliyyat marşrutları və loqistik kommunikasiyaların bərpası ilə bağlı müzakirələr Qərbin maraqları kontekstində "narahatlıq səbəbləri" sayılır.

Bölgə dövlətlərini fasiləsiz asılılıqda saxlamaq, cəmiyyətlərə kənardan postlibertarian dəyərləri yeritmək, qeyri-hökumət təşkilatları şəbəkəsi vasitəsilə hakimiyyəitlərə təsir etmək, vədlər və ultimatumlar ilə kökə və dəyənək taktikasını yürütmək bələd olduğumuz ssenarilərdir.

İndisə Vaşinqton, Paris və Brüssel triosunun davranışlarında fərqlər hiss olunur. Özü də həmin fərqlər zaman keçdikcə daha da güclənir.

Vaşinqton bölgədə geosiyasi inhisarçı olmağa can ataraq, iqtisadi və sosial məsəllələr müstəvisində Brüsselin fəallığına etiraz etmir.

Brüssel tam əksinə, məhz geosiyasi liderlik arzusunda olaraq Vaşinqtonla Parisi üstələməyə can atır.

Azərbaycan və Gürcüstana təsir, imkan yarandığı təqdirdə isə təzyiq göstərmək üçün Ermənistandan əlverişli, rahat vasitə qismində istifadənin ehtiva olunduğu ssenarilər hələ ki, işlək deyil,

Kollektiv Qərbi də bu narahat edir və emokratiyanın zəif təsirlərinin artırılması yolları aranır.

Belə gedərsə, arayışlar intensiv olsa belə, nəticə verməyəcək.

Elçin Alıoğlu
TREND

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
5
milli.az

6Mənbələr