AZ

Millimiz Ermənistanı darmadağın edib

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunun təsnifat mərhələsində ilk matçını keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Ermənistanla qarşılaşıb.

Görüş Kosovonun paytaxtı Priştinada yarışın təsnifat mərhələsinin I turunda baş tutub. Millimiz rəqibini darmadağın edib - 21:9.

Turnirə qələbə ilə başlayan yığmamız bu gün daha üç matça çıxacaq. Cordan Deangelo Devis, Amil Həmzəyev, Cəbrayıl Əkbərov və Endar Poladxanlıdan ibarət komandamız ev sahibləri, Kipr və Albaniya ilə üz-üzə gələcək.

Avropa kuboku
Təsnifat mərhələsi
8 iyun
11:30. Ermənistan – Azərbaycan - 9:21

Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
idman.biz

2Mənbələr