AZ

Millimiz Ermənistanı darmadağın edib

Basketbolun 3×3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunun təsnifat mərhələsində ilk matçını keçirib.

TEMPİNFO xəbər verir ki, yığmamız Ermənistanla qarşılaşıb.

Görüş Kosovonun paytaxtı Priştinada yarışın təsnifat mərhələsinin I turunda baş tutub. Millimiz rəqibini darmadağın edib – 21:9.

Turnirə qələbə ilə başlayan yığmamız bu gün daha üç matça çıxacaq. Cordan Deangelo Devis, Amil Həmzəyev, Cəbrayıl Əkbərov və Endar Poladxanlıdan ibarət komandamız ev sahibləri, Kipr və Albaniya ilə üz-üzə gələcək.

Avropa kubokuTəsnifat mərhələsi8 iyun11:30. Ermənistan – Azərbaycan – 9:21

Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
tempinfo.az

2Mənbələr