Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Anar Bağırovun sədrliyi ilə baş tutan iclasda bir neçə vəkilin intizam pozuntusuna yol verdiyi elan edilib.
Bu səbəbdən 1 vəkilin fəaliyyəti 1 il, digərininki isə 6 ay dayandırılıb.
Həmçinin 1 vəkilə töhmət verilib, 1 vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib. 3 vəkilə isə xəbərdarlıq olunub.