AZ

“Paşinyan xalqını aşkar şəkildə məhv edir“ - Ermənistan qəzeti

Ermənistanın “Fakt” qəzeti baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edən diqqət çəkən məqalə dərc edib. News365.az xəbər verir ki, təhlil yazısında qeyd edilir ki, “Nikol Paşinyan hər hansı gərgin vəziyyətdə təkcə öz tabeliyində olanlara deyil, həm də hüquq-mühafizə xidməti orqanlarının əməkdaşlarını da "döyüş meydanına" salır". 

Qeyd edilir ki, artıq “Vətən uğrunda Tavuş” hərəkatının Nikolun parlamentdə təmsil olunan kadrları, deputatlarına da meydan oxuduğunu müşahidə etmək çətin deyil.

"Hakim fraksiyanın deputatları erməni apostol kilsəsini və ümumilikdı erməni xalqını təhqir edir, xüsusi təyinatlılar- qırmızı beretlilər vəhşiliklər törədir, prokurorluq, istintaq idarəsi və s. də bu “döyüşlər” daxil olublar. Paşinyan niyə hamı ilə belə davranır? Başqa sözlə, niyə hamını məhv edir?", - məqalə müəllifi xalqa sual edib.

Qeyd edilir ki, o bu cür tədbirlərlə, xüsusən, ilk növbədə, hüquq-mühafizə orqanlarının məlum təzyiqləri ilə öz komandasına ölkədəki vəziyyətə nəzarət etdiyini, hələ də gücün əlində olduğunu göstərmək istəyir.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
news365.az

10Mənbələr