AZ

Rusiya Ukraynanın keçmiş baş nazirini axtarışa verdi


Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yerləşdirilib.
“Yuliya Vladimirovna Timoşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında qeyd edilib.
Məlumat bazasında axtarışın konkret hansı maddə ilə aparıldığı barədə məlumat verilməyib.
Qeyd edə ki, Timoşenko 2005-ci ildə və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, ÜmumUkrayna İttifaqının “Batkivşina” partiyasının lideridir. Timoşenko MDB məkanında ilk qadın baş nazirdir.
Seçilən
107
10
yeniavaz.com

10Mənbələr