AZ

Zelenski Baydenə Ukraynadakı müharibə haqqında “çox açıq” danışıb - Ağ Ev

Ukrayna prezidenti Vladimir Zelenski Parisdə ABŞ prezidenti Co Baydenlə danışıqlar zamanı döyüş meydanındakı vəziyyəti çox açıq şəkildə dəyərləndirib. Bizimyol.info xəbər verir ki, “Ukrinform”un verdiyi məlumata görə, bunu Ağ Evin müşaviri Con Kirbi bildirib. “O, prezident Baydenlə baş verənlərə və onların Ukraynada, xüsusən də şərqdə, Donbassda yaşamağa davam etdikləri təzyiqlərə dair çox səmimi qiymətləndirməsini paylaşıb”, - deyə Kirbi qeyd edib. Eyni zamanda, o, prezidentlərin söhbətinin təfərrüatlarını verməyəcəyini və "Ukraynanın döyüş meydanında müdafiəsini çətinləşdirə biləcək" şeylər barədə danışmayacağını qeyd edib. Həmçinin Kirbi vurğulayıb ki, ABŞ-ın Ukrayna Silahlı Qüvvələri üçün təqdim etdiyi yardım paketləri artıq Ukrayna tərəfinə müəyyən üstünlüklər əldə etməyə imkan verib və Rusiya qoşunlarının xüsusilə Xarkov bölgəsində irəliləməsinin qarşısını ala bilib. Bununla belə, onun fikrincə, rusları geri çəkivməyə məcbur etmək üçün hələ də xeyli səy göstərmək lazımdır. Və prezident Bayden Ukraynanın dövlət başçısı Zelenskiyə ABŞ-ın dəstəyinin davam etdirəcəyini bir daha bildirib", - deyə Ağ Evin sözçüsü qeyd edib. ABŞ prezidenti Co Bayden Ukraynaya yardımın altı ay gecikməsinə görə Ukrayna prezidenti Vladimir Zelenskidən üzr istəyib, həmçinin ABŞ-ın Ukraynanın tərəfində olacağına əmin olduğunu deyib. Bayden həmçinin iyunun 7-də Parisdə Ukraynaya 225 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib ki, bu paketə xüsusilə "HIMARS", "Stinger" zenit raketləri və hava hücumundan müdafiə raketləri üçün sursat daxildir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
bizimyol.info

10Mənbələr