AZ

Tərəflər dayanmaq istəmir: Müharibə daha da şiddətlənəcək – Rusiyanın əsas məqsədi AÇIQLANDI

“Rusiyanın qarşısına qoyduğu əsas məqsəd Ukraynanı dənizsiz dövlət etməkdir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiya və Ukraynanın həlledici döyüşlərə hazırlaşmasını dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, tərəflərdən heç biri güzəştə getməyəcək.

“ABŞ-da respubilkaçılarla demokratlar arasında müəyyən anlaşmazlıq var idi. Bu anlaşmazlıqlar nəticəsində 6 ay ərzində Ukraynaya heç bir silah və maliyyə yardımı edilmədi. İngiltərə, Almaniya və Fransa qismən də olsa Ukraynaya yardım edirdilər. Rusiya bundan istifadə edərək hücuma keçdi. Rusiya Xarkov istiqamətinə ordu cəmləşdirdi və müəyyən uğurlara nail oldu”. – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, respubilkaçılarla demokratlar arasında müəyyən razılıq əldə olunduqdan sonra Ukraynaya 61 milyard dollar maliyyə ayrıldı.

“Bu vəsaitin böyük hissəsi silahlanmaya sərf olunur. Ukrayna artıq işğal olunmuş Xarkovun 12 yaşayış məntəqəsindən 3-nü geri ala bilib.

Vladimir Putin Pekində açıqlama verdi ki, Xarkov və başqa əraziləri işğal etmək fikirləri yoxdur. Düşünürəm ki, bu belə deyil. Rusiyanın qarşısına qoyduğu əsas məqsəd Ukraynanı dənizsiz dövlət etməkdir. Rusiya böyük ehtimalla Xarkov və Odessa istiqamətində irəliləmək istəyəcək”.

R.Məhhərmov hesab edir ki, Ukraynda müharibə uzanacaq:

“Zelenski bəyan edir ki, sərhədlərinə çıxacaqlar, əksinə, Rusiya ərazisində bufer zona yaradacaqlar. Bu onu göstərir ki, tərəflərdən heç biri dayanmaq istəmir, müharibə daha da şiddətlənəcək”.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
yenicag.az

10Mənbələr