Venesuela və Türkiyə neft-kimya, qızıl hasilatı, neft-qaz sənayesində əməkdaşlıq müqavilələri bağlayıblar.Ulusum.az xəbər verir ki, bunu Bolivar Respublikasının Prezidenti Nikolas Maduro deyib."Biz Türkiyə ilə Venesuela arasında strateji layihələr və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdiririk", - o, müqavilələrin imzalanması mərasimində bildirib.Prezident "Yeni dünyanın formalaşması" və "Türkiyə - Venesuela birliyi" istiqamətində atılan addımlara işarə edib. Maduro "böyük qardaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluğu" xatırladıb."Bu gün biz ammonyakın istehsalı üçün neft - kimya zavodunun tikintisi ilə bağlı sənədləri imzalayırıq", - Prezident qeyd edib. O, həmçinin digər müqaviləsinin bağlandığını bildirib.
Diqqət Çəkənlər
Özünü yandıran qazi vəfat etdi
Salyan 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib - FOTOLAR
Şirvan sakinindən külli miqdarda narkotik götürüldü - FOTO