AZ

Hacıqabulda 15 nəfərin 60 min manatını mənimsəyən şəxs ələ keçib

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçiriləntədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarınımənimsəyən Azər Əliyev saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalıavtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimitəqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlaryerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçünbank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isətelefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.

Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60000 manatayaxın pulunu ələ keçirib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bubarədə polisə məlumat verə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
33
az.trend.az

10Mənbələr