AZ

Hacıqabulda dələduzluq edən şəxs saxlanılıb - VİDEO

Hacıqabulda

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb. Ulusum.az-ın məlumatına görə, adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib. Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60000 manata yaxın pulunu ələ keçirib.Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.Eltun Məmmədov

Diqqət Çəkənlər

Salyan 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirildi - FOTOLAR

Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi barədə qərar verildi

Sabahdan hava dəyişir - Güclü külək əsəcək, dolu düşəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
30
ulusum.az

10Mənbələr