AZ

Messidən müəmmalı DÇ-2026 açıqlaması

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-da mümkün iştirakla bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, Qətərdəki son mundialın qalibi bu sözləri deyib:

“Bu, fiziki olaraq necə hiss etdiyimdən və özümlə nə qədər realist olduğumdan asılıdır. Hələ vaxt var , ona görə də indi nə edəcəyimi bilmirəm. Yaş da bir reallıqdır, baxmayaraq ki, bu, sadəcə bir rəqəmdir”.

Qeyd edək ki, Bu mövsüm 36 yaşlı argentinalı “İnter Mayami”nin heyətində 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Messi Argentina millisi ilə 5 dünya çempionatında iştirak edib və 2022-ci ildə turnirin qalibi olub.

Seçilən
123
9
publika.az

10Mənbələr