21 yaşadək futbolçulrdan ibarət yığmamız da bu gün yoldaşlıq oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya ilə üz-üzə gəlib.
Bratislavadakı Senec Məşq Mərkəzində baş tutan matçda yığmamız 2:3 hesabı ilə məğlub olub.
U-21-in qollarını qollarını 70-ci dəqiqədə Samir Abdullayev, 89-cu dəqiqədə isə Ağadadaş Salyanski vurub.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.