AZ

Restorandan stol-stul oğurladı, həbs edildi

Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "Dost qapısı” restoranın stol və stuları oğurlanıb.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, oğurluğu törədən 1997-ci il təvəllüdlü Asif Hacıyev (şərti) saxlanılıb.

Asif restoranın açıq sahə hesab olunan həyətindən ümumi dəyəri 440 manat olan 1 ədəd stol, 4 ədəd stul və 1ədəd manqalı oğurlayıb.

Onun Gəncədə bir avtomobildən 80 manat dəyərində olan akkumlyatoru oğurlaması da məlum olub.

Məhkəmənin qərarı ilə Asif İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 23 gün inzibati qaydada həbs edilib.
Seçilən
149
19
bakupost.az

10Mənbələr