Pərvanə SULTANOVA [email protected]
Britaniyalı məşhur jurnalist və televiziya aparıcısı Maykl Mosli Yunanıstanın Simi adasında yoxa çıxıb.
525.az "The Guardian"a istinadən xəbər verir ki, onun axtarışlar hələ heç bir nəticə verməyib.
Çərşənbə günü axşamdan itkin düşən aparıcı ilə bağlı hansısa iz tapılmayıb.
67 yaşlı Mosli
Simi adasında sahil gəzintisinə çıxıb, daha sonra su taksisi ilə çimərliyə gedib. Həyat yoldaşı da onunla bərabər olub. Lakin yorğun olduğu üçün günorta saatlarında çimərlikdən piyada qayıtmağa qərar verən jurnalisti qaldığı ünvanda tapmaq mümkün olmayıb.
Hazırda axtarışları davam edir.
O, BBC kanalında sağlamlıqla bağlı veriliş aparır, köşə yazarıdır, eyni zamanda bir sıra filmlərin müəllifidir.
Bizi İnstagramda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta