AZ

Yens Stoltenberq Ukraynadakı müharibәni qiymәtlәndirib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya qarşı müharibә vәziyyәtindә olan Ukraynanın beynəlxalq hüquq normaları çərçivəsində bu ölkədəki qanuni hərbi hədəflərə zərbə endirmək hüququna malik olduğunu bildirib.

NATO-nun yeni üzvü İsveçə səfər edən Yens Stoltenberq bu ölkәnin  baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında çıxış edib.

Yens Stoltenberq İsveçin müxtəlif yollarla kollektiv müdafiə və təhlükəsizliyə töhfə verdiyini və NATO-nun Ukraynaya dəstəyi üçün güclü  bir çərçivə yaratmağa çalışdığını bildirib.

Avropa qitəsi üçün təhlükəsizlik probleminə çevrilən Ukrayna müharibəsini qiymәtlәndirәn Yens Stoltenberq deyib: “NATO-nun Ukrayna ilə bağlı uzunmüddətli öhdəliyi nə qədər güclü olarsa, Ukraynada müharibə bir o qədər tez başa çata bilər”.

Yens Stoltenberq həmçinin bildirib ki, Ukraynanın özünümüdafiə hüququ var və bu hüquqa Rusiya ərazisindəki qanuni hərbi hədəfləri vurmaq daxildir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
trt.net.tr

5Mənbələr