Rusiya ordusu Xarkov vilayətinin iki yaşayış məntəqəsi - Volçansk şəhəri və İvanovka kəndi yaxınlığında irəliləyiblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirib.
Məlumata görə, dərc edilən geolokasiya görüntüləri, rusların Volçanskın cənub-qərbində yerləşən Staritsa ərazisində irəliləməyə müvəffəq olduğunu göstərir.
"Rusiya qoşunları iyunun 6-da Kupyansk-Svatovo-Kremennaya xətti boyunca davam edən quru hücumları fonunda Kupyanskın cənub-şərqinə irəliləyib. Rus qoşunları mexanikləşdirilmiş hücum zamanı İvanovkanın şimal-qərbinə (Kupyanskın cənub-şərqi) də irəliləyiblər”.
Analitiklərin fikrincə, bu, düşmənlərin İvanovka kəndinin özündə də irəli gedə biləcəyini göstərə bilər.
Murad Məmmədli