AZ

Bayden: Rusiya ilə həmsərhəd bütün ölkələr üçün…

Kiyev üçün sülh o deməkdir ki, Rusiya bir daha heç vaxt Ukraynaya hücum etməyəcək.



Bunu ABŞ prezidenti Co Bayden Time jurnalına müsahibəsində deyib.



Prezidentin sözlərinə görə bunun üçün Ukraynanın NATO üzvü olması zəruri deyil:



“Bu o deməkdir ki, bizim münasibətlərimiz özlərini gələcəkdə müdafiə etmələri üçün silah verdiyimiz başqa ölkələrlə münasibətlərimiz kimi olacaq”.



Bayden vurğulayıb ki, Qərb Ukraynanın məğlubiyyətinə yol verə bilməz, çünki bu Rusiya və Belarus əraziləri ilə həmsərhəd olan bütün ölkələr üçün sabitsizlik demək olardı.



Time jurnalına müsahibəsində Bayden NATO-nun Ukraynaya kömək etməklə Rusiya ilə “müharibəyə doğru sürüşkən yolda” olduğuna dair tezisi rədd edib:



“Biz əgər Ukrayna üçün heç nə etməsək müharibəyə gedən sürüşkən yolda olarıq”.



Azadlıq radiosu





Share




Tweet


Share



Share

Seçilən
109
50
azadliq.info

10Mənbələr