AZ

Azərbaycan qazının Mərkəzi Avropaya tədarükü məsələsi nəzərdən keçirilməlidir - VNG

Azərbaycan qazının Mərkəzi Avropaya tədarükü məsələsi nəzərdən keçirilməlidir.

Day.Az xəbər verir ki, bu barədə bu gün "VNG Handel & Vertrieb GmbH" şirkətinin idarəedici direktoru Konstantin Herzoq Von Oldenburq 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.

"Biz Avropada mənbələri və marşrutları şaxələndirməyə çalışırıq. Bəs bizim öhdəliklərimiz hansılardır? Azərbaycana nəzər salsaq, əlçatan həcmləri necə əldə edə bilərik? Bu, həm də nəqliyyat imkanları məsələsidir - həcmlərin təkcə Cənub-Şərqi Avropaya deyil, həm də irəliyə Mərkəzi Avropaya necə çatdırılmasıdır", - o deyib.

Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günü başlayıb.

Bu gün panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
day.az

3Mənbələr