AZ

Azərbaycan qazının Mərkəzi Avropaya tədarükü məsələsi nəzərdən keçirilməlidir - VNG

Bakı. Trend:

Azərbaycan qazının Mərkəzi Avropaya tədarükü məsələsi nəzərdənkeçirilməlidir.

Trend xəbərverir ki, bu barədə bu gün "VNG Handel & Vertrieb GmbH" şirkətininidarəedici direktoru Konstantin Herzoq Von Oldenburq 29-cu BakıEnerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaztəchizatının rolu" panel müzakirəsində deyib.

"Biz Avropada mənbələri və marşrutları şaxələndirməyə çalışırıq.Bəs bizim öhdəliklərimiz hansılardır? Azərbaycana nəzər salsaq,əlçatan həcmləri necə əldə edə bilərik? Bu, həm də nəqliyyatimkanları məsələsidir - həcmlərin təkcə Cənub-Şərqi Avropaya deyil,həm də irəliyə Mərkəzi Avropaya necə çatdırılmasıdır", - odeyib.

Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günübaşlayıb.

Bu gün panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanıqaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilatimkanları", "Neft axınları: Kross-logistika və Azərbaycandainfrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insankapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarınıngenişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçünstrategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
az.trend.az

3Mənbələr