Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar.
Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.
Qeyd edək ki, Vüqar Həsənov ("Cibgir Vüqar") əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.
Araşdırmalar aparılır.
Fotoda: Akif Zeynallı
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta