AZ

Azərbaycan enerji sektorunda əsas oyunçu kimi özünü təsdiqləyib - Mohamed Hamel

Bakı.TurkicWorld:

Azərbaycan neftdən, sonra təbii qazdan, indi isə bərpa olunan enerji mənbələri vasitəsilə diversifikasiya hesabına enerji sektorunda özünü əsas oyunçu kimi təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.

"Azərbaycan neftdən, sonra təbii qazdan başlayaraq, indi isə bərpa olunan enerji mənbələri vasitəsilə diversifikasiya hesabına özünü enerji sektorunda əsas oyunçu kimi çoxdan təsdiqləyib. Ölkə mühüm enerji təhlükəsizliyinə və dayanıqlılığa nail olub", - deyə o bildirib.

Mohamed Hamel qeyd edib ki, enerji yolları milli şəraitə, imkanlara və prioritetlərə adaptasiya olunmalıdır.

"Bu zaman beynəlxalq əməkdaşlıq kritik elementdir. Ədalətli, nizamlı, məqbul və iqtisadi cəhətdən səmərəli enerji keçidinin təmin edilməsi onun geniş şəkildə tətbiqi və uzunmüddətli dayanıqlılığı üçün həlledici əhəmiyyət kəsb edir. Gələcəkdə enerji dilemmasının həlli gələcəkdə daha da mürəkkəbləşəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
turkic.world

2Mənbələr