AZ

Azərbaycan enerji sektorunda əsas oyunçu kimi özünü təsdiqləyib - Mohamed Hamel

Bakı. Trend:

Azərbaycan neftdən, sonra təbii qazdan, indi isə bərpa olunanenerji mənbələri vasitəsilə diversifikasiya hesabına enerjisektorunda özünü əsas oyunçu kimi təsdiqləyib.

Trend xəbərverir ki, bu barədə bu gün Qaz İxrac edən Ölkələr Forumunun (GECF)baş katibi Mohamed Hamel 29-cu Bakı Enerji Forumu çərçivəsində"Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçünbeynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.

"Azərbaycan neftdən, sonra təbii qazdan başlayaraq, indi isəbərpa olunan enerji mənbələri vasitəsilə diversifikasiya hesabınaözünü enerji sektorunda əsas oyunçu kimi çoxdan təsdiqləyib. Ölkəmühüm enerji təhlükəsizliyinə və dayanıqlılığa nail olub", - deyə obildirib.

Mohamed Hamel qeyd edib ki, enerji yolları milli şəraitə,imkanlara və prioritetlərə adaptasiya olunmalıdır.

"Bu zaman beynəlxalq əməkdaşlıq kritik elementdir. Ədalətli,nizamlı, məqbul və iqtisadi cəhətdən səmərəli enerji keçidinintəmin edilməsi onun geniş şəkildə tətbiqi və uzunmüddətlidayanıqlılığı üçün həlledici əhəmiyyət kəsb edir. Gələcəkdə enerjidilemmasının həlli gələcəkdə daha da mürəkkəbləşəcək", - deyə oəlavə edib.

Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndəiştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya,Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan,Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin,Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, SəudiyyəƏrəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya,Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu ilforumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionuüçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsasməsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerjilayihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi iləbağlıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
az.trend.az

2Mənbələr