Bakı. Trend:
Türkiyənin "Fənərbağça" klubunun anlaşdığı portuqaliyalıtanınmış baş məşqçi Joze Mourinyo sabah İstanbula gəlir.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi instaqramsəhifəsində edilən paylaşımda məlumat verilib.
Paylaşımda 61 yaşlı mütəxəssis azarkeşləri Türkiyənin İstanbulşəhərinin Kadıköy rayonuna dəvət edib: "Salam, "Fənərbağça"tərəfdarları. Sabah Kadıköydə görüşürük. Gəlin səyahətimizəbaşlayaq".
Həmçinin bildirilib ki, "sarı-lacivərdlər" çalışdırıcı üçün Bakıvaxtı ilə saat 20:00-da imza mərasimi keçirəcək.
Qeyd edək ki, Joze Mourinyo İstanbul nəhəngi ilə 2 illikmüqavilə imzalayacaq.