Əvvəlcədən iyunun 1-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, iyunun 1-i saat 15:00-a olan məlumata əsasən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadası 24 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Gəncədə 16 m/s, Naftalanda 15 m/s təşkil edir.
15:55
İyunun 1-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.
11:57
İyunun 1-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, mayın 31-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin günün ikinci yarısından hava dəyişmiş, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Düşən yağıntının miqdarı Şahdağ, Tovuzda 5 mm, Daşkəsən, Şəkidə 4 mm, Gəncə, Xınalıq, Qrız, Göygöl, Sədərəkdə 3 mm, Gədəbəy, Qəbələ, Şəmkir, Oğuz, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Ağcabədi, Cəfərxanda 2 mm-dək olub.
Mayın 31-də Göygöl rayonunda saat 23:00-23:03 radələrində diametri 6 mm olan, Daşkəsən rayonu Aşıqlı və Çaylı kəndlərinə isə xırda dənəli dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35, Naxçıvan MR-da 32-37, Aran rayonlarında 31-36, dağlıq rayonlarda 18-23 dərəcə isti olub.