AZ

Putin ilə Paşinyan arasında telefon danışığı OLDU

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan mayın 25-də baş vermiş daşqın nəticəsində Lori rayonunda dəmir yolunun dağılmış hissələrinin tezliklə bərpası ilə bağlı Rusiya Dəmir Yollarına verdiyi göstərişə görə Putinə təşəkkür edib.

Paşinyan, həmçinin Rusiya Prezidentinə doğum günü təbrikinə və xoş arzularına görə minnətdarlıq edib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
9
olaylar.az

10Mənbələr