AZ

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Bakı. Trend:

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstan Respublikasınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel iləgörüşüb.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindənbildirilib.

Görüşdə Azərbaycanla Qazaxıstanın bütün istiqamətlərdə, ocümlədən enerji sektorunda uğurlu əməkdaşlıq etdikləri məmnunluqlaqeyd olunub. Bu xüsusda, SOCAR ilə Qazaxıstan şirkətləri arasındaəlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılıb.

Görüşdə SOCAR ilə “KazMunayQaz” şirkəti arasında əməkdaşlığıncari vəziyyətinə, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilətranzitinə, hasilat layihələrində əməkdaşlıq imkanlarına vəqarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsiaparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
26
az.trend.az

10Mənbələr