AZ

İqtisadiyyatAzərbaycan Qazaxıstanla hasilat layihələrində əməkdaşlığı müzakirə edib - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

Far.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycan ilə Qazaxıstanın bütün istiqamətlərdə, o cümlədən enerji sektorunda uğurlu əməkdaşlıq etdikləri məmnunluqla qeyd olunub.

Bu xüsusda, SOCAR ilə Qazaxıstan şirkətləri arasında əlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılıb.

Görüşdə SOCAR ilə “KazMunayQaz” şirkəti arasında əməkdaşlığın cari vəziyyətinə, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinə, hasilat layihələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Far.Az QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
26
far.az

10Mənbələr