31 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 50,000,000 (əlli milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 3-7 iyun 2024-cü il tarixləri aralığında “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 10 iyun 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Kapital Bank” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2009005151 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
İstiqrazın sayı | 500,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 50,000,000 manat |
İllik gəlirlilik faizi | 10% |
Ödəmə Periodu | Ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir |
Tədavül müddəti | 1 il |
Anderrayter | “Paşa Kapital İ.Ş” QSC |
Ticarətə buraxılma tarixi | 10.06.2024 |
Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |