AZ

Paşinyan sel qurbanlarının ailələrinə başsağlığı verib

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası başlamazdan əvvəl Lori və Tavuşda baş vermiş daşqınlar nəticəsində həlak olanların yaxınlarına və ailə üzvlərinə başsağlığı verib.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

"İlk növbədə, hökumət və xalq adından Lori və Tavuş bölgələrində daşqın qurbanlarının yaxınlarına və ailə üzvlərinə başsağlığı vermək istəyirəm", -deyə Paşinyan bildirib.

Gündəlik təsdiq edildikdən sonra ərazi idarəetmə və infrastrukturlar naziri, Lori və Tavuş üzrə fövqəladə hallar idarəsinin operativ qərargahının rəhbəri Qnel Sanosyan fəlakət zonasındakı vəziyyətlə bağlı hesabat təqdim edib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
35
big.az

10Mənbələr