AZ

Azərbaycanda satılan ən ucuz və ən bahalı avtomobilin qiyməti – Fotolar

Azərbaycanda avtomobil alanların və satanların ən çox müraciət etdikləri ünvan bu sahədə ixtisaslaşmış veb-saytlardır.
Yeniavaz.com ölkənin aparıcı veb-saytlarına istinadən hazırda satışda olan ən ucuz və ən bahalı avtomobili təqdim edir.
Qeyd edək ki, hazırda satışda olan ən ucuz nəqliyyat vasitəsi 1985-ci il istehsalı olan “LADA (VAZ 21011” markalı minik avtomobilidir. Mühərrikinin həcmi 1,3 L, yürüşü 99 000 km olan bu avtomobilin qiyməti 650 manat təşkil edir.

Azərbaycanda satışda olan ən bahalı nəqliyyat vasitəsi isə 2019-cu il istehsalı olan “Rolls-Royce Cullinan” markalı avtomobildir. Mühərrikinin həcmi 6,8 L, yürüşü 87 500 km olan bu avtomobilin qiyməti 485 000 dollar (824 500 manat manat) təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
valyuta.az

10Mənbələr