AZ

Pakistanın hakim partiyasına yenidən keçmiş baş nazir rəhbərlik edəcək

Pakistanın keçmiş baş naziri Navaz Şərif yenidən özünün yaratdığı, hakim Pakistan Müsəlman Liqası-N (PML-N) partiyasına rəhbərlik etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “Business Recorder” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, mayın 28-də Lahor şəhərində PML-N Baş Şurasının iclası keçiriləcək və orada Nəvaz Şərifin partiyanın sədri seçiləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 11-də Nəvaz Şərifin kiçik qardaşı, Baş nazir Şahbaz Şərif son altı ildə tutduğu PML-N-in sədri vəzifəsindən istefa verib.

Xatırladaq ki, fevralın sonunda həmçinin “The News” qəzeti də PML-N rəhbərliyində dəyişikliklərin mümkünlüyü barədə yazmışdı. Yazıda qeyd edilmişdi ki, Nəvaz Şərif PML-N-in sədri vəzifəsində Şahbaz Şərifi əvəzləyəcək, çünki o, Pakistanın baş naziri kimi and içdikdən sonra partiya işlərini idarə etməkdə çətinlik çəkəcək. (Oxu.az)

 

Seçilən
103
4
konkret.az

4Mənbələr