İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasında Göyçay, Ağdaş və Ucar rayon sakinlərini qəbul edib.
Agentlikdən Aztibb.az-a bildirilib ki, tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.