AZ

Türkiyədə dəhşətli qəza: 10 ölü, 40-a yaxın yaralı var

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 39 nəfər yaralanıb, 10 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabənda yazıb.

“Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu Mərsin şəhərinin Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Təəssüf ki, qəzada, ilkin məlumatlara görə, 10 vətəndaşımız həyatını itirib, 39 vətəndaşımız isə yaralanıb”, – DİN başçısı qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
yenicag.az

4Mənbələr