AZ

Qazaxda sel fəlakəti: Maşın və kafelər suyun altında qaldı – FOTO

Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçayı, eyni zamanda, Kür çayı daşıb. Təbii fəlakət bəzi fəsadlar törədib. Torpaq sahələri və kafelər suyun altında qalıb.

Yenicag.az xəbər verir ki, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafaçayın daşması nəticəsində mal bazarı və yaxınlıqdakı obyektlərin, avtomobil təmiri sexləri və bəzi tikililərin ərazisini su basıb. Rayonunun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir.

Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb. Hazırda təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub. Hələ ki yaşayış evlərinə suyun dolması barədə məlumat daxil olmayıb. Qazax rayon fövqəladə hallar komissiyasından bildirilib ki, selin qarşısının alınması üçün işlər davam etdirilir.

Təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşir. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
yenicag.az

10Mənbələr