Bakıda şadlıq sarayında müğənni qarət olunub.
Day.Az lent.az-a istinadən bildirir ki, Yasamal rayonu ərazisində yerləşən şadlıq evlərinin birində müğənninin 3200 manat dəyərində mobil telefonunun masanın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlyas Səlimov müəyyən olunaraq saxlanılıb.