Türkiyə ordusunun hərbçisi İraqın şimalında şəhid olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi Vedat Zorba partlayış zamanı həlak olub.
Terror təşkilatının üzvlərinin əraziyə əvvəlcədən partlayıcı vasitə yerləşdirdiyi və hadisənin də qurğunun işə düşməsi səbəbindən baş verdiyi qeyd edilib.