AZ

I Qarabağ müharibəsi şəhidi Biləsuvarda dəfn olundu - Fotolar

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonuna torpağa tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, şəhidlə rayonda ailəsinin yaşadığı 1 saylı Cəbrayıl qəsəbəsində vida mərasimi keçirilib. 

Mərasimdə şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhid qəsəbədəki Şəhidlər xiyabanında dəfn olunub. 

Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Sonradan mərhumun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edildiyi müəyyənləşib.

Surxay Şahbazov




Seçilən
174
2
qafqazinfo.az

10Mənbələr