AZ

Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov Lerikdə dəfn olunub – FOTO

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

Şəhidin dəfn mərasimində kənd sakinləri, ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşmüş sayılırdı.

DOĞRU.AZimage-w_1617163774404513451764_1200x630image-w_1617163774403334536127_1200x630 image-w_1617163774402652917922_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
5
dogru.az

10Mənbələr