AZ

"Röya Ayxan mənimlə duet oxusa..." - VİDEO

Müğənni Aqşin Fateh canlı efirdə Xalq artisti Röya Ayxana duet oxumağı təklif edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan ifaçı yeni layihə hazırladığını və bunu Röya Ayxana təklif etdiyini deyib.

Sənətçi Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxan arasında sənət rəqabəti olduğunu vurğulayıb.

Fateh "Röya Ayxan mənimlə duet oxusa, sənət rəqabəti çox güclü gedər" deyə qeyd edib:

"Aygün Namiq dueti rəqabətsiz bir duetdir. Bu neçə illərdir də belədir. Mən də bilirəm ki, Röya xanımla Aygün xanım arasında sənət baxımdan bir rəqabət var. O qarşıdurmanı fikirləşin: Aygün Röya, Fateh Namiq... Röya Ayxan mənimlə duet oxusa, sənət rəqabəti çox güclü gedər".

Ətraflı videoda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
26
milli.az

10Mənbələr