AZ

Türkana söz atan qarşısında onu görəcək – VİDEO

Müğənni Türkan Vəlizadə onun əməliyyatını məsxərəyə qoyan kişi həmkarının cavabını verib.

Medianews.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.

Türkan ona söz atan sənət yoldaşının adını çəkməsə də, efirdən ismarış yollayıb:

“Görürəm ki, həmkarlarımdan bir nəfər var ki, mənə söz atmağa çalışır. O da kişi ifaçıdır. Ona buradan deyirəm ki, kişi kişi ilə dava edər. Qadınla kişi dalaşmaz. O haqqımda deyir ki, “Türkan gözünü, qaşını dartdırıb”. Qardaş get sən də dartdır. Bəs sən kişisən, mən isə qadınam. Mənə lazımdır ki, gedirəm qaş-gözümü dartdırıram (gülür). Duet ortağım, meyxanaçı Pərviz Bülbülə deyib ki, Türkana söz atan qarşısında məni görəcək”.

Vəlizadənin bu sözlərini proqramda qonaq olan Pərviz Bülbülə gülüşlə qarşılayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
medianews.az

10Mənbələr