Britaniyanın baş naziri Rishi Sunak viruslu qan qalmaqalına görə üzr istəyib.
Medicina.az xəbər verir ki, Sunakın müraciəti hökumətin saytında dərc edilib.
Britaniyada 1970-ci illərdə qanköçürmədən sonra minlərlə HİV və hepatitə yoluxmuş xəstələrlə bağlı beş illik araşdırmadan sonra hesabat dərc edilib.
Tədqiqatın müəllifləri əmindirlər ki, hakimiyyət fəlakətin miqyasını gizlədib. Nəticədə 1970-1990-cı illərdə 30 min insan hepatit C və ya HİV-ə yoluxmuş, onlardan 3 mini dünyasını dəyişib.
Alimlər NHS işçilərini, Britaniya hökumətini və başqalarını günahlandırıblar. Sunak vəziyyəti şərh edərək, bunun heç vaxt olmamalı olduğunu bildirib. Baş nazir zərərçəkmiş ailələrdən hökumət adından açıq üzr istəyib.