Manset.az xəbər verir ki, futbolçu Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə matçda ayağından aldığı zədə səbəbindən matçda iştirak edə bilməyəcək. Həkimlər futbolçuya meydana qayıtmazdan əvvəl müalicəni davam etdirməyi tövsiyə ediblər. Final oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək. "Real Madrid" 14 dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. "Borussiya"nın Çempionlar Liqasında 1 uğuru var. Qeyd edək ki, "Real Madrid" Tçuamenini 2022-ci ildə "Monako"dan 80 milyon avroya alıb. O, cari mövsümdə 38 rəsmi oyuna çıxıb və 3 qol vurub. Jalə
Manşet.az