AZ

FutbolLuka Modriç Çempionlar Liqasının final oyunu barədə danışıb

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Luka Modriç UEFA Çempionlar Liqasının final görüşündə üz-üzə gələcəkləri Almaniya təmsilçisi "Borussiya" (Dortmund) matçı barədə fikirlərini bölüşüb.

"Far.Az" AS nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi hər iki komandanın şanslarının eyni olduğunu bildirib: "Hər kəs bizi oyunun favoriti hesab edir. Düşünürəm ki, bu belə deyil. "Borussiya" cari mövsümü çox yüksək səviyyədə keçirib və onlar bizə finalda çətinlik yarada bilərlər. Şanları 50/50 hesab edirəm. Bununla belə diqqətli oyun sərgiləyib, görüşün qalibi olmaq istəyirik".

Qeyd edək ki, İngiltərənin London şəhərindəki "Uembley" stadionunda keçiriləcək final matçı iyunun 1-i saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
far.az

10Mənbələr