AZ

“İran prezidentinin ölümündə ABŞ günahkardır”- Məhəmməd Cavad ZƏRİF

İran prezidenti İbrahim Rəisinin ölümündə ABŞ-ın günahı var.

Azpost.info xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Zərif xatırladıb ki, Vaşinqton prezidentin helikopteri üçün hissələrin tədarükünə qadağa qoyub. Bu da mühərrikin aşınmasına və qəzaya səbəb olub.

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, təyyarə və təyyarə hissələrinin İrana satışına embarqo tətbiq edən prezident helikopterinin qəzaya uğramasında ABŞ günahkardır”, – Zərif bildirib.

2018-ci ildə ABŞ İrana təyyarə və təyyarə hissələrinin tədarükünə embarqo qoyub. Eyni zamanda, təyyarələrin ixracı ilə bağlı müqavilələr də ləğv edilib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
azpost.info

10Mənbələr